"Biz bütün oyunlara qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik".

"Unikal" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Baş məşqçi qeyd edib ki, əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır: "Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm. Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var".

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.