"Titanik" filminin məşhur bəstəkarı Ceyms Horner təyyarə qəzasında dünyasını dəyişib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı Hornerin idarə etdiyi tək mühərrikli təyyarənin yerli vaxtla səhər saat 09.30 radələrində qəzaya uğradığı bildirilib. 

Qeyd edək ki, qəza Kaliforniyanın Santa Barbara şəhərinin şimalında baş verib.

Qəzaya uğrayan təyyarədə musiqiçinin tək olduğu və qəzadan sonra təyyarənin qalıqlarının alovlandığı qeydə alınıb. 

Fidan Nuriyeva