"Dəri top" mükafatçısı,beynəlxalq dərəcəli hakim Novil İsmayılov 72 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, uşaq futbolu üzrə məşqçi ürəktutmadan vəfat edib. 

Qeyd edək ki, Novil İsmayılov 1952-ci il yanvarın 1-də Gəncədə anadan olub. O, ümumittifaq dərəcəli veteran futbol hakimi olub, 2017-ci ilə qədər hakim-inspektor kimi fəaliyyət göstərib.