Amerikalı aktyor və kinorejissor Şon Penn yeni sevgilisi ilə Madriddə gəzintidə görüntülənib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı aktyor 30 yaşlı moldovalı aktrisa Valeriya Nikovla münasibətdədir.  

Qeyd edək ki, aktyor artıq iki dəfə - Madonna və avstraliyalı aktrisa Leyla Corcla evlənib. Bundan əlavə, o, Şarliz Teron, Susan Sarandon və Robin Raytla sevgili olub. Aktyorun Raytdan iki övladı var.