Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.
1984-cü il təvəllüdlü İlqam Cəbiyevin idarə etdiyi "Hundai SantaFe" markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.