Mərkəzi Seçki Komissiyası (MSK) müəyyən edilmiş müddəti keçən şikayətləri geri göndərib.
"Unikal" xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK üzvlərinin təqdimatına əsasən, 119 saylı Ağdam, 60 saylı Quba-Qusar, 73 saylı Masallı Cəlilabad, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində pozuntularla bağlı şikayət daxil olub.
Lakin şikayət müəyyən edilmiş müddəti keçdiyinə görə ərizəçiyə geri qaytarılıb.