Aktyor Taleh Yüzbəyovun biznes qurmaq cəhdi alınmayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
Aktyor bildirib ki, şəhərin mərkəzində kafe biznesi qurmaq cəhdi 18 min manat cərimələnməsi və müflis olması ilə nəticələnib.
"Çox ziyan elədik. Borcun nə olduğunu anladım. Bir şeyi gördüm ki, sahibkar olmaq zülmdür. Çünki nə güzəşt var, nə dəstək. Heç kəs yeni biznesdir deyib, yazığı gəlmədi. Bir ilimi aldı kafe. İki ildir keçib, amma hələ özümə gələ bilməmişəm. Amma başıma-gözümə döymürəm. Öz istəyim idi. Özü yıxılan ağlamaz.
Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 manat! Vallah, vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat!
Deyirlər, biznesdə itirən olmur. Ya pul qazanırsan, ya təcrübə. İndi mənə harada lazım olacağını bilmədiyim bir kafe təcrübəm var. Sizə o təcrübədən sadəcə bir məsləhət verə bilərəm: Bildiyiniz işlə məşğul olun və ya yatırımı bildiyiniz işə edin!".