Prodüser Harvi Vaynşteyn kəskin sinə ağrısı ilə xəstəxanaya çatdırılıb və təcili ürək əməliyyatı keçirəcək.

"Unikal" xarici mediaya isitnadən xəbər verir ki, 72 yaşlı Vaynşteyn hazırda zorlama ittihamı ilə istintaq altındadır və cəza çəkir. Rikers Island Həbsxanasında həbsdə olarkən, o, COVID-19-a və pnevmoniyaya yoluxub. Vaynşteyn şəkərli diabet və hipertoniyadan əziyyət çəkir.

O, bu həftə hakim qarşısına çıxmalı idi. Onun əvvəlki 23 illik cəzası ləğv edilsə də, başqa ittihamlarla həbsdə qalıb.