“Ulduz müharibələri” filmində Dart Veyderi səsləndirən aktyor Ceyms Erl Cons dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, aktyor 93 yaşında vəfat edib. 

O, karyerası ərzində əfsanəvi “Doktor Haus” serialında, “Klik: Həyat üçün uzaqdan idarəetmə ilə”, “Evə xoş gəlmisiniz, Rosko Cenkins”, “Hakim Dred”, “Qorxulu film 4” və bir çox başqa filmlərdə çəkilib, "The Simpsons", "Sesame Street", "Robots", "The Lion King 2: Simba's Pride" filmlərində dublyaj səslərindən biri olub.