Londonun birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti 70 dollar/bareldən aşağı düşüb.

"Unikal" xəbər verir ki, bu, 20 dekabr 2021-ci ildən bəri ilk dəfə baş verib.

"Qara qızıl"ın bir barelinin qiyməti 2,71% azalaraq 69,89 dollar olub.

Öz növbəsində, Amerika markası WTI (West Texas Intermediate) neftinin oktyabr tədarükləri üzrə fyuçers müqavilələri bu vaxta qədər 3,29 faiz dəyər itirib (barel üçün 66,45 dollara qədər).