Türkiyəli aktrisa Derya Alabora "Star TV"də yayımlanan Yalı Çapkını serialına daxil olacaq.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa serialda Seyranın yeni sevgilisi Sinanın anası "Ayla" obrazını canlandıracaq.

Seriala yeni daxil olan "Sinan" və "Ayla" mədənçiliklə məşğul olan zəngin bir ailənin üzvlərini canlandıracaqlar. Zaman sıçrayışının yaşanacağı serialda "Seyran" və "Ferit"in həyatına yeni insanlar daxil olacaq.

Həmçinin, "Ferit" obrazının sevgilisini isə aktrisa Pelin Akil canlandıracaq.

Zərifə Nağıyeva