Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 78 saylı Lənkəran Kənd Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
"Unikal"ın məlumatına görə, iclasda qeyd edilib ki, araşdırma zamanı 29 və 32 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və səsvermənin nəticələri ləğv edilməlidir.
Təklif səsə qoyularaq təsdiq olunub.
Qeyd edək ki, 78 saylı Lənkəran kənd seçki dairəsinin lider namizədi 9 min 31 səslə (59,7 faiz) İsgəndərov Anar Camal oğludur.