22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizəd İlqar Məmmədov seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.
“Unikal” xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert üzvü Tofiq Həsənov məlumat verib.
İlqar Məmmədov müşahidəçilərə maneələr yaradılığını iddia edərək, seçkilərin etibarsız sayılmasını, səsvermə nəticələrinin ləğv olunmasını tələb edib.
Dairə Seçki Komissiyası əsaslandırıb ki, iddia təsdiqini tapmadığından müraciət təmin olunmayıb. Araşdırma nəticəsi ilə bağlı iddiaçı ilə əlaqə saxlanılıb. 2, 14, və 20 saylı məntəqələr istisna olunmaqla, digər məntəqələrdə qanun pozuntuları aşkarlanmayıb.
Beləliklə, İlqar Məmmədovun müraciəti qismən təmin edilib və sözügedən məntəqələrdə səsvermə nəticələri ləğv edilməlib. Təklif səsə qoyularaq qəbul edilib.
Məlumat üçün bildirək ki, sözügedən dairədə lider namizəd Asim Mollazadədir.