İnsanın nə zaman dünyasını dəyişəcəyini bilməsi mümkün deyil. Bununla belə, ekspertlər bildirirlər ki, bəzi simptomlar ölümün yaxınlaşdığını göstərən əlamətlər ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mütəxəssisləri araşdırma aparıblar.
Araşdırmalara görə, çox yatmaq, daim yorğunluq və bitkin hiss etmək, əllərdə və ayaqlarda bəzi dəyişikliklər əsas simptomlar arasında ola bilər. Mütəxəssislərin fikrincə, bəzi əlamətlər insan ölməzdən bir-üç ay əvvəl görünə bilər. Bəzi əlamətlər kifayət qədər nəzərə çarpır, məsələn, dizlərinin, ayaqlarının və əllərinin mavi-bənövşəyi rəngə çevrilməsi. Digər əlamətlərə insanın az yeyib-içməsi daxildir. Yaşlı insanlar bu dövrdə daha az danışsalar da, gənc insanlar bunun əksinə daha çox danışa bilərlər.
Daha aydın simptomlar ölümdən bir-iki həftə əvvəl görünür. Mütəxəssislər bu zaman insanların özünü daim yorğun hiss edə biləcəyini, yataqdan qalxa bilməyəcək qədər zəif ola və yuxu rejimlərində dəyişiklik ola biləcəyini bildiriblər.
Bu nöqtədə, insanın iştahında azalma və çox az maye istehlak etmək istəyi olduğu da qeyd edilib. Qan təzyiqi, tənəffüs və ürək döyüntüsündə dəyişikliklər də bu əlamətlər arasındadır. Bunlara zehni dəyişikliklər, çaşqınlıq və ya çaşqınlıq içində görünən şəxsin halüsinasiyalar görməsi daxildir.
İnsanlar son saatlarına yaxınlaşdıqda isə dizlərində, ayaqlarında və əllərindəki dərinin mavi-bənövşəyi rəngə çevrildiyini, nəfəs almaqda çətinlik çəkməyə başladığını qeyd ediblər. Bu zaman onların bədən istiliyinin aşağı düşməsi, sidik və bağırsaq hərəkətlərinin dayanması da rast gəlinən əlamətlər sırasındadır.
Zərifə Nağıyeva