Moskvanın Çeryomuşkinski rayon məhkəməsi bloger Artur Maşuryanı Venevskaya küçəsindəki restoranın yaxınlığında atışmadan sonra həbs edib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, erməni bloger noyabrın 11-dək həbsdə qalacaq. O, iki və ya daha çox şəxsin həyatına xuliqanlıq motivləri ilə ümumi təhlükəli şəkildə sui-qəsddə ittiham olunur.
Rusiya İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, sentyabrın 11-də Maşuryan mühafizəçiyə və müəssisənin ziyarətçilərinə qarşı şəxsi düşmənçilik zəminində onların istiqamətinə azı on dəfə atəş açıb. Müstəntiqlərin fikrincə, münaqişə Maşuryanın qurumun daxili qaydalarını pozmasından sonra baş verib.