Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, "AIX Racing" komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.
"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini üçüncü yeri tutub.
Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***
14:30
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı start götürüb.
"Unikal" xəbər verir ki, yarışda 11 komanda mübarizə aparır.
Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Riçard Versçor birinci olub.
Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.