Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
İdarəetmədən çıxan “Lexus” markalı avtomobil aşıb, 1 nəfər xəsarət alıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı 15.09.2024-cü il tarixində saat 19:45-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs hospitalizasiya olunub.
Qapalı kəllə-beyin travması diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.