Xəbər verdiyimiz kimi, sentyabr ayının 14-də Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

"Unikal" qəzanın görüntülərini əldə edib.

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.