Astroloqlar 17 sentyabr 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün sizdən asılı olmayan səbəblərdən itkilərlə üzləşə bilərsiniz. Daxili dünyanıza qayıdaraq bəzi məsələləri qəbullanmalısınız. Fikirlərinizi yaymaqda çox israrlı olacaqsınız. Məsul olduğunuz işlərinizdə maneələr yarana bilər. Emosional məsələlərdə daha nizamsız ola bilərsiniz.

Buğa:
Bu gün gələcəyinizlə bağlı planlar qura bilərsiniz. Sosial məsələlərə daha çox maraq göstərə bilərsiniz. İşinizdə proqnozlaşdırmaqda çətinlik çəkdiyiniz problemlər ola bilər. Yenidən hərəkətə keçmək üçün səy göstərəcəyiniz gündür. Planlarınızda axsaqlıqlar ola bilər.

Əkizlər:
İş həyatınızla bağlı inkişaflar gündəminizə təsir edəcək. Gün ərzində məsuliyyət daşıdığınız məsələlərin həlli üçün rəhbərlərinizdən kömək ala bilərsiniz. Yaradıcılığınızdan faydalana biləcəyiniz işləri həyata keçirə bilərsiniz. Gündəlik proqramlarınızda sıxlıq ola bilər. Mübarizə etməli olduğunuz situasiyalar yarana bilər.

Xərçəng:
Bu gün yeni məsələlər gündəmə gələ bilər. Dostlarınızla vaxt keçirmək və fikirlərinizi onlara açmaq sizin üçün yaxşı olacaq. Gün ərzində cavabdeh olduğumuz məsələləri sürətləndirmək istəyə bilərsiniz. Tələsik hərəkət etməyin.

Şir:
Bu gün həyatınızla bağlı sizi narahat edən məsələlər ön plana çıxa bilər. Birgə məsələlərə qərar vermək istəyə bilərsiniz. Maliyyə məsələlərində yenidən aktivlik ola bilər. Böhran yaradan məsələlərə qarşı sakit qalmağınız faydalı olacaq. Axşam saatlarında emosional dalğalanmalar yaşaya bilərsiniz.

Qız:
Bu gün həyat yoldaşınızla bağlı məsələlərə anlayışlı yanaşa bilərsiniz. Sizi narahat edən vəziyyətlərə qarşı diqqətli olmalısınız. Məsul olduğunuz məsələlərlə bağlı tədbir görmək istəyə bilərsiniz. Sizi emosional olaraq sıxan məsələlər üzərində çox dayanmayın. 

Tərəzi:
İş həyatınızdakı situasiyalar sizi yora bilər. Məsuliyyətlərinizin artacağı gündür. İş həyatınızda qabaqcadan görə bilmədiyiniz məsələlərdə diqqətli olun. Özünüzü məhdudlaşdırılmış hiss edə bilərsiniz. 

Əqrəb:
Bu gün diqqətinizi zövq alacağınız işlərə yönəldə bilərsiniz. Yaradıcılıq tələb edən işlərdə uğur qazana bilərsiniz. Övladlarınızla bağlı problemlər sizi məşğul edəcək.Sevdiyiniz şeylərə maliyyə sərf edə bilərsiniz. Eyni anda bir çox işi görmək istəyə bilərsiniz.

Oxatan:
Bu gün daşınmaz əmlakla bağlı məsələlər gündəminizdə olacaq. Evinizdə bəzi dəyişikliklər etmək istəyə bilərsiniz. Gün ərzində ailənizlə ilə bağlı məsələlərə daha çox vaxt ayıracaqsınız. Məsul olduğunuz işi yenidən qruplaşdırmaq imkanınız olacaq. Ailə həyatınızla bağlı məsuliyyətləriniz arta bilər.

Oğlaq:
Bu gün ətrafınızdakı insanlarla ahəngdar davranmaq istəyə bilərsiniz. Gün ərzində məsuliyyət daşıdığınız məsələləri aydınlaşdırmaq istəyə bilərsiniz. Yaxın ətrafınızdakı hadisələrlə maraqlana bilərsiniz. Kommersiya müqavilələri üçün əlverişli zamanlar var. İşinizdə başqaları ilə planlar qurmağınız lazım ola bilər.

Dolça:
Bu gün xərclərinizi nəzarət altında saxlamalısınız. Maliyyə resurslarınızla bağlı məsələlər gündəminizə təsir edə bilər. Məsul olduğunuz işlərinizdə yenidən hərəkətə keçmək üçün səy göstərə bilərsiniz. Alacağınız dəstək sizə bir qədər rahatlıq verəcək. Münasibətlərinizdə eniş-yoxuşlar ola bilər.

Balıqlar:
Bu gün özünüzü pozitiv hiss edəcəyiniz gündür. Maliyyə məsələlərində irəliləyişlər ola bilər. Yeni başlanğıclar etmək istəyə bilərsiniz. Gün ərzində cavabdeh olduğunuz məsələlərdə irəliləyiş əldə etmək üçün səy göstərməlisiniz. Yenidən aktivləşdirmək istədiyiniz məsələlər gündəminizə gələ bilər.

Zərifə Nağıyeva