"Meyvəli gömrük terminalı" kimi tanınan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində elektron sistemin çökdüyü iddia edilib.
Bu barədə "Unikal"a vətəndaşlar məlumat veriblər.
İddialara görə, sistem dünəndən çöküb:
"Ölkəyə maşın gətirən insanlar bəyənnamə təsdiqini ala bilmirlər ki, gedib maşınlarına nömrə alsınlar. Bu gecikməyə görə də vətəndaş hər günə görə əlavə 10 azn dayanacaq pulu ödəyir".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. DGK-dən bildirdilər ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sistem normal rejimdə işləyir:
"Hər hansı problem yoxdur".
Murad İbrahimli