Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində “Hyundai” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.