İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Atlas Medical Center" klinikasını məhkəməyə verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, məhkəmə çəkişməsi İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri ilə bağlıdır.
İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir. Məhkəmə prosesinə hakim Aytən Oruczadə sədrlik edəcək.
Qeyd edək ki, "Atlas Medical Center" MMC-nin qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur.
Əlavə edək ki, "Atlas Medical Center"in Dövlət Vergi Xidmətinə 80 min 897 manat vergi borcu var.
Murad İbrahimli