Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dən Azərbaycana daha altı it gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

"Azərbaycana minalardan əraziləri təmizləmək üçün altı yeni qəhrəman gəldi! Berta, Dum, Dasti, Keri, Keno və Reks minaları təmizləmək üçün buradadır", - səfir vurğulayıb.

***17:36

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar.” - səfir Mark Libbi qeyd edib.