Ermənistan diasporun işlərinə qarışmadığı kimi, diaspor da Ermənistanın idarəçiliyinə təsir etməməlidir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xaricdəki erməni icmalarının nümayəndələri ilə görüşündə deyib.
O qeyd edib ki, aydın sərhədlərin müəyyən edilməsi vacibdir: diasporun əhəmiyyətinə və dəyərinə baxmayaraq, o, Ermənistana təsir alətinə çevrilməməlidir və bu prinsipə hər iki tərəfdən hörmət edilməlidir.
“Bu, prinsipial olaraq mühüm məqamdır: bizim münasibətlərimizə yenidən baxılmalıdır: əvvəllər mövcud olan ifadələr reallığa uyğunlaşdırılmalıdır”, - deyə Paşinyan qeyd edib.
O, hökumətin hələlik hazır həll yollarının olmadığını, lakin qarşılıqlı anlaşmaya birgə gəlmək üçün açıq dialoqa və əməkdaşlığa hazır olduğunu vurğulayıb.