Moskvanın Tversk məhkəməsi "Wildberries" şirkətinin Moskva ofisində baş verən atışmanın altı iştirakçısı barəsində 15 sutkalıq inzibati həbs qərarı verib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəməyə istinadən xəbər yayıb.
“Çapanov M. və L. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliniblər. Məhkəmə 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edib”, - deyə məhkəmədən bildirilib.
Oxşar cəzalar Kodzoyev, Vedzijev, adaşı Çapanov və iki Tsikiyev soyadlı müttəhimlərə də verilib.
Qeyd edək ki, "Wildberries"in Moskva ofisində baş vermiş atışmada 2 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.