“Bizim Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir. Bütün tikililər məhv edilib”.
"Unikal" xəbər verir ki, bu sözləri Ağdamda İmarət Kompleksində Azərtac-a bərpa üzrə italiyalı ekspert Alessandro Bianki deyib.
O əlavə edib: “Hətta qəbiristanlıqlar da dağıdılıb. Biz Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Bundan əlavə, dağıdılmış binaların restavrasiyasına da ehtiyac var”.