Bakının Xətai rayonunda suyun verilməsində fasilə yaranacaq.
Bu barədə "Unikal"a Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-də saat 12:00-dan sentyabrın 24-ə saat 12:00-dək Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.