Bir müddət əvvəl Sabunçu Tibb Mərkəzinin həyətindəki xoşagəlməz mənzərə ilə bağlı xəbər yayımlamışdıq. Fotolarda çarpayıların və tibbi avadanlıqların səliqəsiz şəkildə tibb müəssisəsinin həyətinə yığıldığı aydın görünürdü.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilmişdi ki, yaxın günlərdə həmin çarpayılar və avadanlıqlar tibb müəssisəsinin həyətindən çıxarılacaq.
"Unikal"ın məlumatına görə, həmin yararsız avadanlıqlar və çarpayılar hələ də Sabunçu Tibb Mərkəzinin həyətində saxlanılır.
TƏBİB-in bir müddət əvvəl verdiyi açıqlamasına baxmayaraq, tibb müəssisəsinin həyətindəki xoşagəlməz mənzərə davam edir.
Seymur Əli