Yaponiyada Honsyu adasının qərbində leysan yağışlar səbəbindən 30 min insan təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Vətəndaşlardan adaya sunaminin gəlməsi ehtimalı səbəbindən daşqınların ümumiyyətlə çatmadığı ərazilərdə belə ayıq-sayıq olmağa çağırılıb. Adada son onilliklərin ən güclü yağışı da qeydə alınıb.
Sinoptiklər qeyd edir ki, yağışlara görə çaylarda suyun səviyyəsini proqnozlaşdırmaq çətindir.