Livanda İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi iki partlayış dalğası 37 nəfərin həyatına son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abiadın bəyanat yayıb.

 ***12:12

İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Hadisə nəticəsində onlarla insan yaralanıb.