Narkotik alverçisi "Türk Eskobar" ləqəbli Urfi Çetinkaya həbsxanada dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə 24 il həbs cəzası alan Çetinkaya 2023-cü ilin aprel ayında qırmızı bülletenlə axtarışda olarkən İstanbulun Sarıyer bölgəsində yaxalanıb. Çetinkayanın ölümü açıqlanmayıb.