İran silahlı qüvvələri şənbə günü keçirilən mərasimdə son nailiyyətlərini təqdim edib. Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibətilə İran silahlı qüvvələri ölkə boyu hərbi parad keçirib.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
İranın yüksək vəzifəli rəsmiləri və ölkə prezidenti Məsud Pezeşkianın iştirak etdiyi mərasimdə İran silahlı qüvvələrinin son nailiyyətləri nümayiş etdirilib. Mərasimdə İİKK Aerokosmik Qüvvələrinin son nailiyyəti olan “Fəttah” hipersəs raketi də yer alıb.
İran mediası qeyd edir ki, bu raketi inkişaf etdirməklə İran bu texnologiyaya sahib olan dörd ölkədən biri olub. Paradda İran istehsalı olan ən son pilotsuz təyyarə olan Shahed 136B də təqdim olunub. Bundan başqa, İran silahlı qüvvələri yeni “Cahad” ballistik raketini nümayiş etdirib.