Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Yaxın Şərqdə “dövlət terroru” ilə məşğul olduğunu və bölgəni münaqişəyə sürükləməyə çalışdığını bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Mən ilk gündən demişəm ki, İsrailin hədəfi təkcə Qəzza zolağı deyil. Livana edilən son hücumlar İsrail rəhbərliyinin müharibəni bütün regiona yaymağı planlaşdırması ilə bağlı narahatlığımızı əsaslandırdı", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqin daha da böyük fəlakətə sürüklənməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət yəhudi dövlətinə təzyiqləri artırmalıdır. Türkiyə lideri onu da qeyd edib ki, BMT Baş Assambleyasında çıxışı zamanı İsrailin Qəzza zolağındakı təcavüzkar siyasəti ilə bağlı məsələ qaldırmaq niyyətindədir.