Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi təşkil olunub.
"Unikal" AZƏRTAC-a istinadən xəbər verir ki, Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Gəlinlə bəy “Qarabağ şikəstəsi” sədası altında şadlıq sarayına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.
***17:46
Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.
"Unikal" xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur.
Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.