Ermənistanda saxlanılan İsrasilli blogger Aleksandr Lapşinin İrəvana girişinə icazə verilib.
"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat yayıb.
Bundan əvvəl Zvartnots hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının Lapşinə Ermənistan ərazisinə girişini qadağan etdiyi barədə məlumat vermişdi.
***19:34
İsrasilli blogger Lapşin və həyat yoldaşı İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılıblar.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, onun Ermənistana girişin qadağan olunub. Lapşin hadisədən xəbərsiz olduğunu və Rəsmi İrəvandan cavab gözlədiyini bildirib.