"Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh sammitində iştirak etməyəcək".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında bildirib.
"“Vaxtı keçmiş” Zelenskinin bəyanatları (Ukrayna Prezidenti kimi səlahiyyətləri 2024-cü il mayın 20-də başa çatdı – red.) xəyalpərəstlikdən uzaqlaşmaq cəhdidir. Rusiya nümayəndələri “Bürgenstok prosesi” çərçivəsində heç bir görüşdə iştirak etməyiblər və iştirak etmək niyyətində deyillər”, - Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur və “anqlo-saksonların və onların ukraynalı marionetlərinin saxtakarlığıdır”.
"İkinci sammit də eyni məqsəd güdür - münaqişənin həlli üçün alternativsiz əsas kimi tamamilə qeyri-mümkün “Zelenski formulu”nu irəli sürmək, dünya əksəriyyətinin dəstəyinə nail olmaq və onun adından Rusiyanı təqdim etmək və s.", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib .