Qərbi Afrikanın Qvineya ölkəsindəki Nimba Dağları Təbiət Qoruğunun yaxınlığında şimpanze körpənin ölümünə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Seny Zoqba adlı ana tarlada işləyərkən körpəsini şimpanze dişləyib və onu meşəyə aparıb.
Övladının itkin düşdüyü bildirən ana meşəlik ərazidə parçalanmış körpə cəsədi tapıb.
Xəbərin ardından sakinlər bölgədəki şimpanze araşdırma obyektinə hücum edib.
Mərkəzin administratorları bildiriblər ki, qəzəbli kütlə binanı qarət edib, dron, kompüter və 200-dən çox sənəd də daxil olmaqla avadanlıqları məhv edib, yandırıblar.
Bölgədə qidaların azalmasının heyvanları daha tez-tez qorunan ərazini tərk etməyə sövq etdiyi və hücum ehtimalının artdığı bildirilir.