ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi, keçmiş prezidenti Donald Trampla ikinci üz-üzə debat keçirməyə hazır olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.
"Oktyabrın 23-də keçiriləcək ikinci prezidentlik debatında iştirak etməkdən çox həyəcanlıyam. Ümid edirəm ki, Donald Tramp da mənə qoşulacaq!", – o yazıb.