Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli Gəncənin “Səbiskar” qəbiristanlığında torpağa tapşırılıb.

"Unikal"ın məlumatına görə, dəfn mərasimində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Xalq artisti Şahnaz Haşımova, şəhər ictimaiyyətinin nümayəndələri, sənətkarın yaxınları iştirak ediblər.

Qeyd edək ki, Əməkdar artist bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

XXX

11:31

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

"Unikal" xəbər verir ki, bu barərə mərhumun qızı Elza Məmmədova məlumat verib.

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Tural Əhmədov