İranın şimal-şərqində baş verən 4,8 bal gücündə zəlzələ nəticəsində azı 28 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri təxminən 192 min insanın yaşadığı Bocnurd şəhərindən 31 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
***18:42
Bu gün İranın Şimali Xorasan əyalətindəki Bocnurd şəhərində növbəti dəfə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, zəlzələ 8 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində evlərin divarları çatlayıb, 8 nəfər xəsarət alıb.
*** 17:46
İranda ard-arda iki zəlzələ olub.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bu gün İranın Bocnurd şəhərində iki dəfə zəlzələ meydana gəlib.
Tehran Universitetinin Seysmoqrafiya Mərkəzinin məlumatına görə, Bocnurd şəhərində Rixter cədvəli üzrə 4,1 və 4,7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Hələlik 7 dəqiqə fərqlə meydana gələn zəlzələlər nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması haqda məlumat verilmir.