Ermənistanda etiraz aksiyalarının "lideri", arxiyepiskop Baqrat Qalstanyan oktyabrın 2-dən baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aktiv mübarizənin bərpa olunacağını bəyan edib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Qalstanyanın sözlərinə görə, etiraz aksiyasının İrəvanın Respublika meydanında saat 18:30-da başlaması planlaşdırılır. O qeyd edib ki, müxalifət “inadkar, amansız və zəmanətli qələbə” ilə yekunlaşacaq gərgin və ardıcıl mübarizə mərhələsinə qədəm qoyacaq.