Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Gələcək Sammitinin açılışı ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, qurumun baş qərargahında media nümayəndələri üçün əlavə keçid məntəqələri quraşdırılıb, yoxlama prosedurları da sərtləşdirilib.
Qərargah binası daxilində və onun ərazisində jurnalistlərin hərəkətinə məhdudiyyətlər də tətbiq edilib. Bəzi sektorlara, o cümlədən nümayəndələrin gəliş zonasına giriş BMT personalının müşayiəti ilə olacaq.