"İsrail rəsmilərinin taleyi İraqın keçmiş diktatoru cinayətkar Səddamın taleyindən fərqlənməyəcək".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib.
"Sionist rejim, ABŞ və onun havadarları heç vaxt öz məkrli məqsədlərinə nail olmayacaqlar. Təbii ki, bu cinayətkarların taleyi Səddamın taleyindən heç nə ilə fərqlənməyəcək”, - deyə o bildirib.
Xatırladaq ki, 1980-ci il sentyabrın 22-də Səddam Hüseynin başçılıq etdiyi İraq qoşunları İran ərazilərini işğal edib. Müharibə 1988-ci ilə qədər davam edib.
Səddam Hüseyn 2006-cı il dekabrın 30-da İraqda müvəqqəti hökumət hakimiyyətə gəldikdən sonra edam edilib.