Türkiyənin Nevşehir vilayətində 18 nəfərlik turist qrupunu daşıyan mikroavtobus qəzaya düşüb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 15 əcnəbi turist, iki sürücü və bir bələdçi xəsarət alıb.

Hadisəyə sürücünün sürüşkən yolda idarəetməni itirməsi səbəb olub.

Agentliyin məlumatına görə, turistlər Kapadokya səfərindən sonra Antalyaya qayıdırmış.