Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə o, “Full Measure” nəşrinə müsahibəsində bildirib.
Tramp qeyd edib ki, noyabrda keçiriləcək prezident seçkilərində uduzsa, 2028-ci ildə yenidən namizədliyini irəli sürməyəcək.
“Xeyr, düşünmürəm, bunun baş verəcəyini düşünmürəm. Mən bunu ümumiyyətlə planlaşdırmıram”, - deyə Ağ Evin keçmiş rəhbəri vurğulayıb.