Volodimir Zelenskinin sülh planının yeni versiyası ABŞ prezidenti Co Bayden tərəfindən bir daha rədd ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder Devid Saks №X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O, Zelenskinin Kiyevin NATO-ya qoşulmasından və Qərbin uzaqmənzilli silahlarının Rusiya ərazisinə zərbə endirməsinə imkan verən planını tənqid edib. Yəni, iş adamının fikrincə, bu plan “üçüncü dünya müharibəsi” üçündür.
"Bayden artıq hər iki variantı rədd edib. Ümid edək ki, o, bunun səbəbini xatırlaya bilər", - Saks yekunlaşdırıb.
Gülayə Mecid