Milli Məclis sədrinin birinci müavini və müavinləri seçilib.
"Unikal" xəbər verir ki, bu məsələ yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının gündəliyinə daxil edilib.
Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib.
Deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov isə Milli Məclis sədrinin müavinləri seçiliblər.
***
09:29
VII çağırış Milli Məclis sədr müavinlərinin sayı artırılır.
"Unikal" xəbər verir ki, sədr müavinlərinin sayı 3-də 4-ə qaldırılır.
Deputat Musa Qasımlı parlamentdəki bitərəflərin Milli Məclis sədrinin müavini postuna namizədi olub.
Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Rafael Hüseynovun da Milli Məclis sədrinin müavini postuna namizədliyi irəli sürülüb.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.
Digər vitse-spikerin isə Ziyafət Əsgərov olacağı gözlənilir.