Xəbər verdiyimiz kimi, İranın Cənubi Xorasan əyalətində ölümlə nəticələnən partlayış baş verib.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, "Təbəs" kömür mədənindən daha 4 cəsəd çıxarılıb.
"Cənubi Xorasan Valiliyinin Böhran İdarəetmə Baş direktoru Məhəmməd Əli Axundi daha 4 cəsədin “C” blokundan çıxarıldığını və ölənlərin rəsmi sayının 35-ə çatdığını bildirib", - deyə məlumatda qeyd olunub.
O əlavə edib ki, daha 13 və ya 14 nəfər həmin blokda hələ də qapalı vəziyyətdədir və xilasetmə əməliyyatı bütün təhlükəsizlik məsələlərinə riayət etməklə və məkana uyğun olaraq davam edir.
Ağarza Elçinoğlu