Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Ukrayna ilə bağlı danışıqların pozulmasında münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan müəyyən lobbilərin günahkar olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün həmişə səy göstərib və göstərəcək və bu prosesdə İstanbulda aparılan danışıqlar mühüm rol oynayıb.
"Bəzi lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəmədilər. İstənilən halda biz yeni dağıntılara yol vermədən müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirik və edəcəyik”, - deyə Ərdoğan izah edib.
Gülayə Mecid