Yaponiyanın mərkəzi İşikava prefekturasında leysan nəticəsində baş verən təbii fəlakətlər nəticəsində azı 6 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Yapon dənizinə tökülən Noto yarımadası leysanlardan ən çox zərər çəkib və yanvarın 1-də geniş dağıntılara səbəb olan 7,6 bal gücündə zəlzələdən sonra hələ də bərpa olunmaqdadır.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, şənbə və bazar günləri Noto yarımadasının müxtəlif ərazilərinə 400-500 millimetr yağış yağıb və nəticədə iyirmiyə yaxın çayda daşqınlar baş verib və çoxsaylı torpaq sürüşmələrinə səbəb olub.
Sel bir neçə yerli yolu bağlayıb, 100-dən çox yaşayış məntəqəsini təcrid edib.